|
Abituriyentlər TQDK-nın virtual ödəmə kartlarını İnternetdən və SMS-lə əldə edə
bilərlər
TQDK-nın virtual ödəmə kartlarını plastik kartdan istifadə etməklə
http://system.goldenpay.az/tqdk/index.jsp və
http://tqdk.3dsecure.az/?agent=tqdk, NETMONEY kartlarından istifadə
etməklə isə http://www.netmoney.az/
(http://www.portmanat.az/) İnternet ünvanlarından
eldə etmək olar.
Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını
(qiyməti 3 AZN) SMS-lə
əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735
nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın
seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.
TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları
itirməməyi və məxfi saxlamağı xahiş edir.
Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.
Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7735 nömrəsindən “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib seriya nömrəsini və Pin kodu unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.
Bunun üçün 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.
Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.
|
|