"Sınaq imtahanı" proqramından istifadə etmək üçün aşağıdakı addımları yerinə yetirin:
- "Sınaq imtahanı" proqramını internetdən öz kompüterinizə
yükləyin.
- Proqramı kompüterinizdə yükləyin:
- Proqramı istifadə etmək üçün, əvvəl
dotnet.exe proqramını endirin və işə salın. Əgər siz TQDK-nən "Elektron Test"
proqramından istifadə edirsinizsə və yaxud da kompüterinizdə hər hansı bir səbəbdən
Microsoft .NET mühiti yüklənibsə, siz dotnet.exe proqramını kompüterinizə yükləməyə
də bilərsiniz.
- Sonra isə tqdksinaq.zip arxivi açın və Setup.exe proqramını
işə salın.
-
Proqramı işə salın. Bunun üçün işçi masada (Desktop) yerləşdiriləcək
"Sınaq imtahanı" işarəsindən və ya proqramlar menyusunda yerləşdirilmiş "TQDK" ->
""Sınaq imtahanı"" əmrindən istifadə edin.
-
Testə başlamaq üçün "Testə başlamaq" əmrindən istifadə
edin.
-
Testi qurtarmaq üçün "Testi qurtarmaq" əmrindən istifadə
edin. Bu zaman sizə sualların düzgün cavabları göstəriləcək və sizin virtual sınaq
imtahanınızın nəticələri haqqında ətraflı məlumat veriləcək.
-
Əvvəllər verdiyiniz testlərin nəticələrinə baxmaq üçün
"Jurnal" əmrindən istifadə edin.
Qeyd edək ki, Pretest proqramından istifadə etmək üçün
sizin kompüterinizin internetə çıxışı olmalıdır. Pretest proqramı sizə serverdə
mövcud olan yeni imtahanlar haqqında məlumat verəcək, istəfiyiniz testləri sizin
kompüterinizə endirəcək və testə başlamaq üçün sizin balansınızdan ödəmə həyata
keçirəcək.